İranda münaqişə ilə əlaqədar edam hökmləri sürətləndirilir
İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün-Ejei məhkəmələri ABŞ və İsraillə münaqişə ilə bağlı işlərdə ölüm hökmlərinin çıxarılmasını sürətləndirməyə çağırıb.
TodayPress TV "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə yüksək rütbəli məhkəmə məmurlarının müşavirəsində bildirib.
"Siz edam və əmlakın müsadirə edilməsi ilə bağlı hökmlərin çıxarılmasını sürətləndirməlisiniz", - deyə Ejei deyib.