İrana gedən gəmi ələ keçirildi

Dünya

20.04.2026 07:00

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Spruance esminesi “Touska” gəmisini Ərəbistan dənizindən keçərkən saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfindən ələ keçirilən “Touska” yük gəmisi İranın Bəndər-Abbas limanına doğru hərəkət edirdi.

Komandanlığın "X" sosial şəbəkəsində dərc etdiyi açıqlamada deyilir: “ABŞ Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesi USS Spruance İranın Bəndər-Abbas şəhərinə doğru Ərəbistan dənizindən 17 düyün (31,4 km/saat) sürətlə keçən "Touska" gəmisini ələ keçirib”.

ABŞ ordusunun məlumatına görə, İran bayrağı altında üzən “Touska” gəmisinin heyəti altı saat ərzində təkrarlanan xəbərdarlıqlara cavab verməyib. Bundan sonra USS Spruance gəmisi 127 millimetrlik Mark 45 topundan gəminin mühərrik bölməsinə bir neçə atəş açıb. Daha sonra, "CENTCOM"un bildirdiyinə görə, dəniz piyadaları “Touska” gəmisinə çıxıblar.

Jalə Rövşən 

TodayPress TV 

tag: ABŞ,Bəndər-Abbas,Gəmi,İran ,Todaypress.tv,