İran XİN sözçüsü: "İran ABŞ ilə heç bir danışıqlar aparmır"

Dünya

25.03.2026 15:00

İran ABŞ dövləti ilə danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib.

TodayPress TV xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “India Today” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.

“İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və İran əleyhinə başlanan qanunsuz müharibədən ötən 25 gün ərzində də belə olmayıb”, - o qeyd edib.

Bəqayi əlavə edib ki, ABŞ ilə danışıqlar təcrübəsi İran üçün “fəlakətli” olub.

“Biz nüvə məsələsini həll etmək üçün danışıqlar apararkən, qısa müddət ərzində iki dəfə hücuma məruz qalmışıq. Bu diplomatiyaya qarşı xəyanət idi. Bu, İranda hazırda məşhur ifadədir, çünki bu hadisə bir dəfə deyil, iki dəfə baş verib. Heç kim ABŞ diplomatiyasına güvənə bilməz”, - İran rəsmisi vuğulayıb.

TodayPress TV

tag: İran, ABŞ, XİN, todaypress.tv,