İran və Oman Hörmüzdə “yeni yol” açır
Oman və İran Hörmüz boğazından təhlükəsiz gəmiçiliyin bərpası ilə bağlı məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə Oman və İran xarici işlər nazirlərinin səfərinin yekunlarına dair birgə bəyanatda bildirilib.
Tərəflər boğazdan keçən müvəqqəti birgə naviqasiya dəhlizinin yaradılmasını və ərazinin minalardan təmizlənməsi layihəsinin həyata keçirilməsini nəzərdə tutan mərhələli planı müzakirə ediblər.
Növbəti mərhələdə Tehran və Maskat daimi naviqasiya dəhlizinin yaradılması, gəmi hərəkətinin idarə olunması, məlumat mübadiləsi, eləcə də naviqasiya və təhlükəsizlik xidmətlərinin göstərilməsi qaydalarını razılaşdırmaq niyyətindədir.
Tərəflər həmçinin regionun digər dövlətləri ilə məsləhətləşmələrin aparılmasının, beynəlxalq hüquqa və sahilyanı ölkələrin suveren hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıblar.
Kübra Musayeva