İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ

İran və ABŞ qapalı qapılar arxasında danışır – Pakistan rəsmisi BƏYAN ETDİ
13.08.2026 19:13 Dünya

İran və ABŞ qapalı qapılar arxasında danışıqlar aparır və müəyyən irəliləyiş əldə olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Faysal Niyaz Tirmizi "TASS"a bildirib.

Tehran və Vaşinqton arasında təmasların irəliləyişlə nəticələnib-nəticələnmədiyi barədə suala diplomat müsbət cavab verərək, məsləhətləşmələrin hazırda davam etdiyini deyib.

Səfir danışıqların İslamabadda keçirilib-keçirilmədiyini açıqlamaqdan imtina edib:

"Bu, ictimai məlumat deyil, lakin biz bunun üzərində işləyirik".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər