İran və ABŞ nümayəndə heyətləri arasında yazılı mesaj mübadiləsi davam edir

Dünya

11.04.2026 23:35

ABŞ və İran nümayəndə heyətləri Pakistan tərəfinin vasitəçiliyi ilə yazılı mesaj mübadiləsi aparmağa davam edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları mövcuddur, lakin hər iki nümayəndə heyəti onları həll etmək üçün səy göstərir.

Xatırladaq ki, daha əvvəl “Tasnim” xəbər agentliyi əsas fikir ayrılıqlarının Hörmüz boğazına nəzarət məsələsi ilə bağlı olduğunu qeyd etmişdi.

Aysel Mətləb

TodayPress TV

tag: İran,ABŞ,Danışıq,Hörmüz,TodayPress TV,