İran və ABŞ arasında danışıqların üçüncü raundu başladı

Dünya

12.04.2026 00:36

Pakistanın paytaxtı İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyası (IRIB) məlumat yayıb.

"İran və ABŞ-nin nümayəndə heyətləri Pakistan rəsmilərinin vasitəçi kimi iştirakı ilə İslamabadda üçtərəfli danışıqların yeni raunduna başlayıblar", - deyə məlumatda deyilir.

"IRIB" qeyd edib ki, bu, danışıqlar raundu çərçivəsində ümumi anlaşmaya nail olmaq üçün "son şans"dır.

Xatırladaq ki, daha əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə görüşlər keçirilib.

TodayPress TV

tag: İRİB,Pakistan,İran,ABŞ,TodayPress TV,