İran uranla bağlı şərtlərini açıqladı
Dünya
09.02.2026 17:47
"Əgər İran üzərinə qoyulmuş bütün beynəlxalq sanksiyalar ləğv edilərsə, ölkə zənginləşdirilmiş uranın səviyyəsini hazırkı 60%-dən azaltmağı nəzərdən keçirə bilər".
TodayPress TV xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami bildirib.
O qeyd edib ki, İran-ABŞ danışıqları siyasi, texniki və nüvə məsələlərini əhatə edir, lakin zənginləşdirilmiş uranın üçüncü ölkələrə ötürülməsi mövzusu müzakirə olunmayıb.
Sədr əlavə edib ki, Tehran MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) ilə münasibətləri qoruyub saxlayır, lakin agentliyin ötən il nüvə obyektlərinin bombalanması ilə bağlı dəqiq mövqe ortaya qoymasını gözləyir. MAQATE mütəxəssisləri artıq İsrail və ABŞ tərəfindən hədəf alınmamış nüvə obyektlərinə səfər edib və yaxın günlərdə digər obyektlərə də ziyarətlər planlaşdırılır.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Uran,MAQATE,Todaypress.tv,
