İran uranın zənginləşdirilməsini dayandırmağı müzakirə edir
Dünya
17.02.2026 21:00
İran uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağı və ehtiyatlarının bir hissəsini üçüncü ölkəyə, o cümlədən Rusiyaya çıxarmağı nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Qəzet bildirib ki, iranlı diplomatlar Yaxın Şərq ölkələrindən olan həmkarları ilə təmaslarda uranın zənginləşdirilməsi prosesini üç ilə qədər “pauzaya qoymaq” imkanından danışıblar.
Mənbələrin sözlərinə görə, fevralın əvvəlində ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən ilk görüşdə Tehran zənginləşdirilmiş urandan yanacaq lövhələrinin istehsalı üçün regional konsorsium yaradılmasını təklif edib və həmin yanacaq lövhələrindən İranın istifadə edə biləcəyini bildirib.
Aysel Mətləb
tag: İran,Uran,Dayandırmaq,Nüvə,Todaypress.tv,
