İran: Uranın zənginləşdirilməsi dayandırılmayacaq
Dünya
09.04.2026 15:21
İranın Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri Məhəmməd Eslami bildirib ki, ölkənin düşmənləri İranın uranı zənginləşdirmə proqramını dayandıra bilməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "ISNA" məlumat yayıb.
Onun sözlərinə görə, bu istiqamətdə irəli sürülən tələblər reallaşmayacaq xəyallardır.
Eslami həmçinin qeyd edib ki, ABŞ və İsrailin İran əleyhinə əməliyyatları nəticəsiz qalıb. Buna görə də, həmin ölkələr danışıqlar yolu ilə Tehrandan güzəştlər əldə etməyə çalışır.
ABŞ Prezidenti Donald Tramp isə aprelin 9-da açıqlamasında bildirib ki, sülh razılaşması tam yerinə yetirilənə qədər Amerika ordusu İran sərhədlərində qalacaq. O əlavə edib ki, razılaşma pozularsa, daha genişmiqyaslı hücumlar mümkündür.
Tramp İranın təqdim etdiyi planı danışıqlar üçün “məqbul əsas” kimi qiymətləndirib və Vaşinqtonun bəzi şərtlərlə İranın uranı zənginləşdirməsinə razı ola biləcəyini deyib.
Türkan İsgəndərli
tag: İran,Atom,Enerji,ABŞ,Todaypress.tv,
