İran təyyarəsi İstanbulda müsadirə edildi
İranın “Caspian Airlines” aviaşirkətinə məxsus təyyarə 3 milyon avro borcu olduğuna görə İstanbul hava limanında müsadirə olunub.
TodayPress TV Ölkə.az-a istinadən xəbər verir ki, İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən “Caspian Airlines”ə qarşı monitorinq şirkətinə olan borcu səbəbindən məhkəmə prosesi başlayıb.
Şirkətin 3 milyon avroluq borcu səbəbindən İstanbul Hava Limanına gələn kreditor şirkətinin vəkilləri və məhkəmə icraçıları İrana uçuşa hazırlaşan EP-KPB qeydiyyatlı təyyarənin yola düşməsinə icazə verilməməsini tələb ediblər.
Bundan sonra zabitlər sərnişinlərdən təyyarədən düşmələrini tələb ediblər. Sərnişinlər terminala aparılıb, təyyarə isə müsadirə edilib.