İran prezidenti: “Nüvə proqramı ləğv olunmayacaq”
İran prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla söhbətində ölkəsinin nüvə proqramının sülh xarakteri daşıdığını və bu istiqamətdə şəffaf əməkdaşlığa hazır olduqlarını bildirib.
TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, Pezeşkian bu proqramın tamamilə ləğvini qəbul etmədiklərini vurğulayıb.
O əlavə edib ki, İsrail hücumları davam edərsə, Tehran qətiyyətlə cavab verəcək:
“Biz dialoqa və etimadı gücləndirmək üçün əməkdaşlığa hazırıq. Amma nüvə fəaliyyətinin sıfırlanması bizim üçün qəbuledilməzdir”.
Qiymət Mahir