İran Məlikşahi və Abdananın ələ keçirilməsi xəbərlərini təkzib etdi

Dünya

07.01.2026 12:34

İranın "Tasnim" və "Mehr" xəbər agentlikləri etirazçıların Məlikşahi və Abdanan şəhərlərini ələ keçirməsi barədə məlumatları təkzib edib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, "Tasnim" Malekşahi rayonunda bir neçə saatlıq gərginlikdən sonra təhlükəsizlik qüvvələrinin nəzarəti sayəsində vəziyyətin normallaşdığını deyib.

"Mehr" agentliyinə görə, Abdananda keçirilən dinc toplantı polis nəzarəti altında başa çatıb, yalnız kiçik bir qrup izdiham vandalizm hərəkətləri edib, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə asayiş bərpa olunub.

Xatırladaq ki, dekabrın sonlarında İranda valyutanın devalvasiyası fonunda başlayan etirazlar 25 əyalət üzrə 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərbdə qeydə alınıb.

Jalə Rövşən 

TodayPress TV

tag: İran,Məlikşahi,Abdanan,Təkzib ,Todaypress.tv,