İran İraqla hava məkanını bağladı

İran İraqla hava məkanını bağladı
15.01.2026 10:10 Dünya

Yaxın Şərqdə gərginliyin kəskin şəkildə artması fonunda İran hakimiyyəti hava məkanını İraq təyyarələri üçün bağlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bildirilib ki, İran İraqdan gələn uçuşlar üçün hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq edib.

Qərar mülki aviasiya üçün artan risklər və bölgədə mümkün hərbi eskalasiya ilə bağlı məlumatlar fonunda qəbul edilib.

Qeyd edək ki, hava məkanının bağlanması qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qəbul edilir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər