İran Hindistanı sildi - Pakistana qucaq açdı...
Dünya
29.04.2026 10:55
Tehran son günlərdə xarici siyasət kursunda ciddi dəyişiklik siqnalları verir. Məlumatlara görə, İran hakimiyyəti Hindistanla diplomatik əlaqələrin tam şəkildə dayandırılması imkanını ciddi şəkildə müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV yazır.
Məlumata görə, mümkün qərar İranın regional prioritetlərini yenidən formalaşdırmaq cəhdinin bir hissəsi kimi qiymətləndirilir. Rəsmi Tehranın əsas ticarət və iqtisadi tərəfdaş kimi artıq Hindistandan çox Pakistanı ön plana çıxardığı bildirilir. Bu addım regionda geosiyasi balansın dəyişə biləcəyinə işarə edir.
Eyni zamanda, İran və Pakistan arasında münasibətlərin son dövrdə sürətlə inkişaf etdiyi qeyd olunur. İki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində intensiv təmaslar aparılır.
Mənbələrin bildirdiyinə görə, Tehran İslamabadla təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. İran tərəfi, xüsusilə, regionda fəaliyyət göstərən silahlı qruplaşmalara qarşı mübarizədə Pakistanı dəstəkləyəcəyinə dair zəmanətlər verib. Bu kontekstdə BLA və digər silahlı təşkilatlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunur.
Analitiklər hesab edir ki, İranın bu addımı həm ABŞ ilə bağlı regional proseslərə, həm də Cənubi Asiya və Yaxın Şərqdə dəyişən güc balansına cavab kimi qiymətləndirilə bilər. Bununla belə, rəsmi qərarın verilib-verilmədiyi və prosesin hansı istiqamətdə inkişaf edəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Jalə Rövşən
tag: Tehran,Hindistan , Pakistan ,İran ,Todaypress.tv,
