İran hava məkanı bu tarixə qədər Rusiya aviaşirkətləri üçün bağlı qalacaq
"Rosaviasiya" İranın hava məkanının 15 maya qədər Rusiya aviaşirkətləri üçün bağlı qalacağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyələrinə uyğun olaraq, Rusiya Nəqliyyat Nazirliyi və Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla, İran hava məkanı 15 maya qədər Rusiya aviaşirkətləri üçün bağlı qalır", - deyə bəyanatda qeyd edilib.
Aysel Mətləb