İran dörd ölkəyə eyni vaxtda raket hücumu həyata keçirdi
İran Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytə eyni vaxtda raket hücumu həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Pars Today" qəzeti “Əl-Cəzirə” telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava hücumu sirenlərinin səsləndirildiyini bildirib.
"Vətəndaşları sakit olmağa və ən yaxın təhlükəsiz yerə köçməyə çağırırıq", - deyə departamentin açıqlamasında deyilib.
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi öz növbəsində hava hücumundan müdafiə qüvvələrinin raket və dron təhdidlərinə aktiv şəkildə cavab verdiyini açıqlayıb.
Nazirliyin açıqlamasına görə, ölkə daxilində eşidilən səslər raketlər və dronların iştirakı ilə davam edən hərbi əməliyyatların nəticəsidir.
Həmçinin Qətər hakimiyyəti də yüksək səviyyəli təhlükə siqnalı elan edib.
Aysel Mətləb