İran AEBA ilə yeni saziş imzaladı
İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) arasında yeni əməkdaşlıq sazişi imzalanıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Müctəba Zarei məlumat verib.
Onun sözlərinə görə, İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, yoxlamalar bundan sonra qanun çərçivəsində və Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında aparılacaq.
Sənəd Tehrana agentliyin nüvə obyektlərində yoxlama aparacaq əməkdaşlarının şəxsiyyətini seçmək hüququ verir.
Qeyd edək ki, sentyabrın 9-da İran və AEBA Misirdə dayandırılmış əməkdaşlığın bərpasına dair razılığa gəlib.
Türkan İsgəndərli