İran AEBA ilə əməkdaşlıq üçün yeni addımlar atacaq

İran AEBA ilə əməkdaşlıq üçün yeni addımlar atacaq
05.10.2025 14:05 Dünya

"BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasından sonra bu agentliklə Qahirədə imzalanmış saziş qüvvədən düşdüyü üçün İran Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlıqla bağlı yeni qərarlar qəbul etməyə məcbur olacaq".

TodayPress TV xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Bir neçə raund danışıqlardan sonra Qahirədə AEBA ilə razılıq əldə olundu, lakin indi Qahirə razılaşması yeni reallıqlar, o cümlədən "snapback" mexanizmi səbəbindən kifayət deyil və yeni qərarlar qəbul ediləcək", - deyə nazir qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər