İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarını təsdiqlədi

İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarını təsdiqlədi
25.06.2025 11:43 Dünya

İran parlamenti Birləşmiş Millətlər Təşkilatının nüvə proqramına nəzarət edən qurumu – AEBA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “Nournews” agentliyi məlumat yayıb.

Qanun layihəsinə əsasən, AEBA-nın kameralarının quraşdırılması, obyektlərdə yoxlamaların aparılması və agentliyə hesabatların təqdim olunması dayandırılacaq. Bu məhdudiyyətlər nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər qüvvədə qalacaq.

Sözügedən qanun layihəsinin əsas prinsipləri daha əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komitəsi tərəfindən də təsdiqlənmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər