İran ABŞ-yə mesaj göndərdi: “Yeni silahlar hazırlayırıq”
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müdafiəsi üçün yeni silahlar hazırladığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu SEPAH-ın sözçüsü Hüseyn Mohebi bildirib.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ölkəni və xalqı qorumaq məqsədilə döyüş hazırlığını daim artırır və yeni silahlar hazırlayır.
“Biz xalqımızı və ölkəmizi qorumaq üçün silahlı qüvvələrimizin döyüş hazırlığını daim artırırıq. Bu, ABŞ xalqına mesajdır”, – Mohebi deyib.
Qeyd edək ki, sentyabrın 4-də ABŞ rəsmiləri ABŞ ordusunun İranın Pikaks dağının altındakı olduğu iddia edilən nüvə obyektinə zərbə endirə biləcəyini açıqlayıb.
Sentyabrın 14-də isə ABŞ-nin energetika naziri Kris Rayt İran uranın zənginləşdirilməsindən imtina edəcəyi təqdirdə Vaşinqtonun ölkəni nüvə yanacağı ilə təmin etməyə hazır olduğunu bildirib.
Türkan İsgəndərli