İran: ABŞ-yə atəşkəslə bağlı heç bir təklif göndərilməyib
Dünya
24.03.2026 18:15
İran tərəfi ABŞ-yə atəşkəs elan olunması ilə bağlı heç bir təklif göndərmədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Reza-zade "ISNA" agentliyinə müsahibəsində bildirib.
“Diplomatik qurumlar, hökumət və silahlı qüvvələr tərəfindən müharibənin dayandırılması ilə bağlı heç bir danışıqlar və ya təklif olmayıb”, — deyə o qeyd edib.
Bununla belə, 24 martda İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa yeni Ali lider Müctəba Xameneinin ABŞ ilə danışıqlara razı olduğunu bildirmişdi.
Əraqçinin sözlərinə görə, Xamenei Tehranın şərtləri qəbul ediləcəyi təqdirdə məsələnin tez bir zamanda həllini istəyir.
Qiymət Mahir
tag: İran ,ABŞ, Yaqub Reza-zade,Abbas Əraqçi,TodayPress TV,
