İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini vurdu

İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini vurdu
29.03.2026 12:31 Dünya

Martın 27-də İran tərəfindən Səudiyyə Ərəbistanı ərazisində yerləşən Şahzadə Sultan Hərbi Hava Bazası raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Hücum nəticəsində ABŞ-yə məxsus xüsusi kəşfiyyat təyyarəsi də zərər görüb.

TodayPress TV xəbər verir ki, məlumatı "The Wall Street Journal" amerikalı və ərəb rəsmilərinə istinadən yayıb.

Hadisə zamanı 12 ABŞ hərbçisinin yaralandığı qeyd olunur. Bundan əlavə, bir neçə hərbi təyyarə, o cümlədən iki ədəd "KC-135 Stratotanker" də zədələnib.

Zərər görən texnikalar arasında "E-3 Sentry" də yer alır. Bu təyyarə döyüş şəraitində uzaq məsafədən raketləri, pilotsuz uçuş aparatlarını və digər hava hədəflərini real vaxtda izləmək üçün istifadə olunur və əməliyyatların koordinasiyasında mühüm rol oynayır.

TodayPress TV

FOTOLAR

İran ABŞ-nin xüsusi kəşfiyyat təyyarəsini vurdu — 1
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər