İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO
İran ordusu Bəhreyndə yerləşən ABŞ-yə məxsus daha bir hərbi bazaya zərbə endirib.
22:15
İran ordusu Bəhreyndə yerləşən ABŞ-nin Şeyx İsa aviabazasına zərbə endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, İranın “Press TV” telekanalının yaydığı məlumata görə, hücum zamanı aviabazadakı elektrik generatorları, naviqasiya sistemləri, inzibati və dəstək binaları hədəf alınıb.
Bildirilir ki, əməliyyat zamanı “Arash” tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
ABŞ və Bəhreyn rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.