İran ABŞ-ni Dostoyevski ilə “vurdu”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin İran və regionla bağlı siyasətini sərt şəkildə tənqid edib.
TodayPress TV xəbər verir ki, Bəqai fikirlərini Fyodor Dostoyevskinin “Karamazov qardaşları” əsərindən sitatla ifadə edib. O bildirib ki, ABŞ-nin dövlət idarəetməsi və xarici siyasət sistemi “yalanlara” həddindən artıq güvəndiyi üçün reallığı düzgün qiymətləndirmək qabiliyyətini itirib.
İran rəsmisi Dostoyevskidən sitat gətirərək qeyd edib:
“Özünə yalan danışan və öz yalanını dinləyən insan elə bir vəziyyətə düşür ki, öz daxilindəki və ya ətrafındakı həqiqəti ayırd edə bilmir və beləliklə, özünə və başqalarına olan bütün hörmətini itirir”.
Bəqainin bu açıqlaması ABŞ-nin İran və Yaxın Şərq siyasətinə yönəlmiş növbəti sərt tənqid kimi qiymətləndirilir.
Kübra Musayeva