İran: ABŞ ilə danışıqlar müharibəyə hazırlığı zəiflətməyəcək

Dünya

28.01.2026 16:27

"İran ABŞ ilə mümkün danışıqlara baxmayaraq, müharibəyə hazırlıq səviyyəsini azaltmayacaq".

TodayPress TV xəbər verir ki, bunu "RİA"ya İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun danışıqlarda iştirakı Tehranın hərbi hazırlıq mövqeyinə təsir etməyəcək:

“Əgər ABŞ danışıqlarda iştirak edərsə, bu, İranın müharibəyə hazırlığını azaltması demək deyil”.

İranlı diplomat xatırladıb ki, 2025-ci ilin yayında ABŞ məhz Tehranla danışıqlar aparıldığı dövrdə İrana hücum edib. Qəribabadi Vaşinqtonu xəbərdar edərək bildirib ki, regiona əlavə qüvvələrin cəmlənməsi ilə təzyiq göstərmək gözlənilən nəticəni verməyəcək. Onun sözlərinə görə, İran üçün əsas prioritet ABŞ ilə danışıqlar deyil, “200 faiz” müharibəyə hazır olmaqdır.

Qiymət Mahir

tag: İran,ABŞ,Tehran,Savaş,Todaypress.tv,