İran: ABŞ gəmiləri Hörmüz boğazından bir halda keçə bilər
Dünya
09.04.2026 18:05
Hörmüz boğazı, o cümlədən ABŞ gəmiləri üçün də keçid açıqdır, lakin bu yalnız İranın razılığı ilə və düşmənçilik davranışı olmadığı halda mümkündür.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin müavini Səid Xətibzadə Britaniyanın "ITV" televiziya kanalına bildirib.
“Hörmüz boğazı açıqdır. Lakin hər bir tanker və hər bir gəmi boğazdan təhlükəsiz keçmək üçün lazımi tədbirləri İran hakimiyyəti ilə əlaqələndirməlidir",- o, qeyd edib.
ABŞ gəmilərinə bu şərtlərin aid olub-olmaması barədə sualına Xətibzadə belə cavab verib:
“Hər hansı bir düşmənçilik davranışı olmadığı müddətcə heç bir fərq yoxdur. Hazırda bunun heç bir əlaməti yoxdur, buna görə də hər şey əvvəlki kimi davam edə bilər. Əlbəttə, dediyim kimi, mövcud məhdudiyyətlər nəzərə alınmaqla.”
Jalə Rövşən
tag: Hörmüz, ABŞ,Səid Xətibzadə ,Tanker ,Todaypress.tv,
