İndoneziyada məsciddə partlayış: 55 yaralı

İndoneziyada  məsciddə partlayış: 55 yaralı
07.11.2025 16:17 Dünya

İndoneziyanın paytaxtı Cakartada cümə namazı zamanı məsciddə baş verən partlayış nəticəsində 55 nəfər yaralanıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, hadisə Kelapa Gading rayonundakı məktəb kompleksinin ərazisində yerləşən məsciddə qeydə alınıb.

Rəsmi açıqlamalara görə, hadisənin iki partlayışdan ibarət olduğu bildirilir. Şübhəli qismində 17 yaşlı yeniyetmənin saxlanıldığı qeyd olunur.

Hazırda istintaq davam edir. Polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər