İndoneziya Qəzzaya 8000-dək hərbçi göndərəcək
Dünya
16.02.2026 14:49
İndoneziya beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Qəzza zolağına mümkün yerləşdirmə üçün 8000-ə qədər əsgər ayırmağa hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "Channel News Asia" İndoneziya komandanlığının bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, aprel ayına qədər təxminən min hərbçi yola düşməyə hazır olacaq. Qrupun isə iyun ayından gec olmayaraq tam hazır vəziyyətə gətiriləcəyi gözlənilir. Göndəriləcək hərbçilərin yekun sayı hələ müzakirə olunur və 5000-8000 arasında dəyişə bilər.
İndoneziya hökuməti vurğulayıb ki, hərbi qulluqçular yalnız humanitar məqsədlərlə göndərilə bilər və onların döyüş əməliyyatlarında iştirakı nəzərdə tutulmur.
İndoneziya Xarici İşlər Nazirliyinin məlumatına görə, qüvvələr mülki əhalinin qorunması, tibbi və humanitar yardımın göstərilməsi, ərazinin bərpasına dəstək və Fələstin polisinin təlimi ilə məşğul olacaq. Güc tətbiqinə yalnız özünümüdafiə məqsədilə icazə veriləcək. Həmçinin bildirilib ki, hər hansı yerləşdirmə üçün Fələstin Muxtariyyətinin razılığı tələb olunur.
Türkan İsgəndərli
tag: İndoneziya,Qəzza,Əsgər,Qoşun,Todaypress.tv,
