İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı?
ABŞ Hərbi Dəniz Qüvvələrinin 1938-ci ildə inşasına başladığı “Ayova” sinifli döyüş gəmiləri layihələndirildikləri əsas məqsədi heç vaxt yerinə yetirməyib.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin məlumatına görə, “Ayova”, “Nyu-Cersi”, “Missuri” və “Viskonsin” adlı dörd döyüş gəmisi İkinci Dünya müharibəsi boyunca düşmən döyüş gəmisi ilə birbaşa duelə çıxmayıb. Bunun əvəzində onlar aviadaşıyıcıların mühafizəsi, sahil hədəflərinin bombardmanı və donanmanın flaqman gəmisi kimi istifadə olunub.
Qeyd edək ki, “Missuri” döyüş gəmisi 1945-ci il sentyabrın 2-də Tokio körfəzində Yaponiyanın təslim aktının imzalandığı məkan kimi tarixə düşüb.