İbrahim Süleymanov ömürlük həbs oluna bilər

İbrahim Süleymanov ömürlük həbs oluna bilər
04.10.2025 13:42 Dünya

Milyarder İbrahim Süleymanovu ömürlük həbs cəzası gözləyə bilər.

TodayPress TV xəbərə verir ki, bu barədə “RİA”ya vəkil Aleksandr Xaminski məlumat verib.

"Bu maddələr üzrə cəzalar müstəsna dərəcədə sərtdir. Qanun iki nəfərin qətlinin təşkilinə görə ömürlük həbs cəzasını nəzərdə tutur", - Xaminski bildirib.

O, həmçinin xatırladıb ki, qəsdən adam öldürməyə cəhd də ağır cinayət sayılır və uzun müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, bundan əvvəl Basmannı məhkəməsi İbrahim Süleymanovun barəsində dekabrın 2-dək həbs qətimkan tədbiri seçib.

İbrahim Süleymanov 2004-cü ildə Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətin keçmiş rəhbəri Georgi Talın qətlində əli olmaqda şübhəli bilinərək Moskvada həbs edilib.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər