Husilərin iddiası: Hava zərbəsi bazarı qana buladı - Ölən və yaralananlar var

Husilərin iddiası: Hava zərbəsi bazarı qana buladı - Ölən və yaralananlar var
27.09.2026 17:36 Dünya

Səudiyyə Ərəbistanının Yəmənin cənub-qərbindəki Taiz əyalətində bazara endirdiyi hava zərbələri ən azı 7 nəfərin ölümünə, daha 40 nəfərin isə yaralanmasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə üsyançı "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan Səhiyyə Nazirliyi bəyan edib.

"Səudiyyə aviasiyasının mülki obyektlərə birbaşa və qəsdən endirdiyi zərbə nəticəsində 7 nəfər həlak olub, 5-i uşaq olmaqla daha 40 nəfər xəsarət alıb", - deyə qurumun bəyanatında qeyd olunub.

Nazirliyinin məlumatına görə, Ət-Taiziyə rayonundakı bazarın ticarət obyektləri, eləcə də yerli radiostansiyanın ərazisi bombardmana məruz qalıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər