Rusiya dronunun hədəfi oldu... Kiyevdə həlak olan azərbaycanlı kimdir?

Rusiya dronunun hədəfi oldu... Kiyevdə həlak olan azərbaycanlı kimdir?
27.09.2026 16:09 Dünya

Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.

TodayPress TV xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb. Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər