Hörmüz boğazı qarışdı: ABŞ-nin "Remus 600" aparatı İranın əlinə keçdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-yə məxsus "Remus 600" avtonom sualtı aparatını ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu, İran hərbçiləri tərəfindən ələ keçirilən ABŞ-yə məxsus artıq ikinci belə drondur.
"SEPAH Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri radioelektron mübarizə vasitələrindən və kəşfiyyat məlumatlarından istifadə etməklə həyata keçirilən mürəkkəb əməliyyat zamanı Hörmüz boğazında casusluq fəaliyyəti göstərən ABŞ Silahlı Qüvvələrinin qabaqcıl dronunu ələ keçirə biliblər. "Remus 600" tipli sualtı aparat qənimət kimi götürülüb və məlumatların çıxarılması üçün mütəxəssislərin sərəncamındadır", - deyə SEPAH-ın bəyanatında bildirilib.
Aysel Mətləb