Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat

Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat
16.08.2026 15:30 Dünya

Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində husilərin mövqelərinə və təhdid mənbələrinə qarşı 181 hərbi əməliyyat keçirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, ordunun məlumatına görə, əməliyyatlar nəticəsində husilər arasında onlarla döyüşçü öldürülüb və yaralanıb.

Bildirilib ki, Yəmən qüvvələri mümkün təhdidlərə qarşı yüksək hazırlıq vəziyyətindədir və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər