Husilər İsraillə bağlı vacib qərar açıqladı
Yəmənin “Ənsərullah” hərəkatının lideri Əbdülməlik əl-Husi İsrailin Qəzza zolağında atəşkəs razılaşmasına əməl etdiyi müddətdə İsrailə zərbələrin və Qırmızı dənizdə ticarət gəmilərinə hücumların dayandırıldığını açıqlayıb.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, Husi İsrailin razılaşmaya əməl etməsinə nəzarət edilməsini tapşırıb və Yəmənin gələcək addımlarının buna uyğun müəyyən olunacağını bildirib.
Qeyd edək ki, Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Jalə Rövşən