Husilər İsrailin hava limanına raket hücumu etdilər
Yəməndəki Ənsar Allah (Husi) hərəkatı İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion beynəlxalq hava limanına raket zərbələri endirdiklərini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı iki ballistik raket, o cümlədən “hipersəsli” Fələstin-2 raketindən istifadə olunub.
Husi tərəfi iddia edir ki, zərbələr nəticəsində hava limanında hərəkət bir saatlıq dayandırılıb və milyonlarla insan bomba sığınacaqlarına üz tutub.
Hadisə ilə bağlı İsrail tərəfindən əlavə şərh verilməyib.
Türkan İsgəndərli