Hörmüz boğazında minlərlə gəmi gözləmədədir
Dünya
10.04.2026 17:14
Hörmüz boğazı ərazisində təxminən 3200 gəmi toplaşıb və təhlükəsiz keçid üçün gözləyir.
TodayPress TV xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata əsasən, bu gəmilərdən təxminən 800-ü tanker və toplu yük daşıyan vasitələrdir. Həmçinin Fars körfəzi bölgəsində 20 minə yaxın dənizçi boğazdan təhlükəsiz keçidlə bağlı vəziyyətin aydınlaşmasını gözləyir.
7 aprel tarixində ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər əsas mübahisəli məsələlərin əksəriyyətində razılığa yaxınlaşıb və Vaşinqton Tehranın təqdim etdiyi 10 bəndlik təklifləri gələcək danışıqlar üçün işçi əsas kimi qiymətləndirir.
Tramp bildirib ki, bu qərar İranın Hörmüz boğazını açmaq niyyəti ilə əlaqədardır. Tehran isə öz növbəsində ölkəyə hücum edilmədiyi halda müdafiə xarakterli əməliyyatları dayandırmağa razı olduğunu açıqlayıb.
Türkan İsgəndərli
tag: Hörmüz,Gəmi,Boğaz,İran,Todaypress.tv,
