Hörmüz boğazında İran donanmasının böyük hissəsi saxlanıldı
Dünya
12.04.2026 21:57
Hörmüz boğazında patrul xidmətinə cavabdeh olan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) kiçik dəniz donanmasının 60%-dən çoxu salamat qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata əsasən, İran boğazı əsasən raketlər və minalarla silahlanmış sürətli və kiçik hücum qayıqları ilə qoruyur. Bu tip gəmilərin kiçik ölçüsü və yüksək sürəti onların peyklərlə aşkar edilməsini və məhv edilməsini çətinləşdirir. Bildirilir ki, qayıqların bir hissəsi yeraltı bazalarda saxlanılır.
İİKK həmçinin Hörmüz boğazında gəmilərin hərəkətinə tam nəzarət etdiyini bəyan edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazdan keçən gəmilərlə bağlı sərt tədbirlər görmək tapşırığı verib.
Eyni zamanda, aprelin 12-də Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər və Rusiya münaqişənin siyasi-diplomatik həllinə dəstək verməyə hazır olduğunu bildirib.
Türkan İsgəndərli
tag: İran,Hörmüz,Gəmi,Raket,Todaypress.tv,
