Hörmüz boğazında 4 tanker minaya düşüb

Hörmüz boğazında 4 tanker minaya düşüb
04.11.2026 09:22 Dünya

Hörmüz boğazı ətrafında hərbi gərginlik daha da artıb. İran tərəfi bölgədə hərəkət edən tankerlərə qarşı mina hücumu həyata keçirildiyini və bir neçə gəminin ələ keçirildiyini iddia edib.

TodayPress TV xəbər verir ki ,bu barədə İranın "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

"Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışan dörd pozucu tanker dəniz minalarına düşüb və məhv edilib; hazırda onlar alov içindədir. Daha iki pozucu gəmi ələ keçirilib və dayandırılıb", - məlumatda deyilir.

Hərbçilər həmçinin SEPAH-ın hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində 56-cı MQ9 pilotsuz uçuş aparatını vurduğunu bildiriblər.

Paylaşımda vurulan pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər