"Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin

"Hizbullah"dan Livana ÇAĞIRIŞ: Danışıqlara son verin
21.06.2026 20:27 Dünya

Radikal "Hizbullah" qruplaşması Livan hökumətini İsraillə danışıqlara son verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, qruplaşmanın bəyanatını "Fars" agentliyi yayıb.

Bəyanatda Livanın hakimiyyətinin Vaşinqtondakı birbaşa danışıqları "ABŞ hökumətinin diktələrinə boyun əymək" və "ölkənin suverenliyini qəsb etmək" kimi dəyərləndirilib.

"Bu kompromisli danışıqlardan heç bir halda xeyir və fayda gözləmək olmaz. Çünki onun mənşəyi səhv və şübhəlidir, məqsədi isə diktələrə boyun əymək və təslim olmaqdır", - "Fars" bəyanatdan sitat gətirib.

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər