"Hizbullah" İsraili xəbərdar etdi: "Atəşkəs ləğv olunacaq"

Dünya

08.04.2026 16:39

Livanın "Hizbullah" hərəkatı İsrailin cənub Livana hücumlarını dayandırmayacağı təqdirdə atəşkəs öhdəliyindən geri çəkiləcəyini bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Pars Today" nəşri məlumat yayıb.

"Əgər Beyrut vaxtı ilə saat 14:00-a qədər sionistlər hücumlarını dayandırmasalar və ölkənin cənubundan geri çəkilməsələr, atəşkəs öhdəliyimizi ləğv edəcəyik", - deyə bildirilib.

Bundan əvvəl İsrail rəsmiləri İranla əldə olunan müvəqqəti atəşkəs razılaşmasının Livana şamil edilmədiyini açıqlayaraq hücumların davam etdiriləcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hizbullah,Atəşkəs,Livan,Xəbərdarlıq,Todaypress.tv,