Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanıldı

Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanıldı
10.04.2026 23:50 Dünya

Hindistanın paytaxtı Nyu-Delhidə Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər casusluq, silah qaçaqmalçılığı və terror aktları planlaşdırmaqda şübhəli bilinir.

Əməliyyat zamanı hərbi obyektlər yaxınlığında gizli kameralar aşkar edilib, həmçinin silah və partlayıcı maddələr müsadirə olunub.

Qeyd olunub ki, toplanan məlumatlar Pakistan tərəfinə ötürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər