Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı

Hindistan və Səudiyyə Ərəbistanı memorandum imzaladı
29.06.2026 20:29 Dünya

Hindistan və Səudiyyə Ərəbistanı su ehtiyatları sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.

TodayPress TV xəbər verir ki, sənəd Ciddədə keçirilən "Saudi Water Week" çərçivəsində Hindistanın Səudiyyə Ərəbistanındakı səfiri Suhel Xan və Səudiyyə Ərəbistanının ətraf mühit, su ehtiyatları və kənd təsərrüfatı naziri Əbdülrəhman Əl-Fədli tərəfindən imzalanıb.

Memorandum su ehtiyatlarının planlaşdırılması, su ehtiyatlarının davamlı idarə edilməsi, irriqasiya sistemləri və digər əlaqədar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına, potensialın gücləndirilməsinə və qabaqcıl təcrübə mübadiləsinə yönəlib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər