Hindistan və Çin 5 ildən sonra ilk dəfə birbaşa uçuşları bərpa edir

Hindistan və Çin 5 ildən sonra ilk dəfə birbaşa uçuşları bərpa edir
03.10.2025 11:47 Dünya

Hindistan və Çin beş illik fasilədən sonra bəzi şəhərlər arasında birbaşa uçuşların bərpasını planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" Hindistan hakimiyyətinə istinadla məlumat yayıb.

Hazırda uçuşların oktyabr ayının sonunadək bərpa olunması nəzərdə tutulur. Bu qərar kommersiya aviaşirkətlərinin qərarlarına əsasən həyata keçiriləcək. 

İlk uçuşlar Hindistanın ən böyük hava yolu şirkəti "IndiGo" ilə həyata keçiriləcək.

Xatırladaq ki, iki ölkə arasında uçuşlar 2020-ci ildə COVID-19 pandemiyası və sərhəd bölgəsindəki gərginlik səbəbilə dayandırılmışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər