Hindistan Trampın Sülh Şurası təklifini ərəb ölkələri ilə müzakirə edəcək

Dünya

24.01.2026 16:45

Hindistan yanvarın 31-də Yeni Dehlidə keçiriləcək görüşdə ABŞ Prezidenti Donald Trampın Sülh Şurası təklifini ərəb xarici işlər nazirləri ilə müzakirə edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ərəb xarici işlər nazirləri ilə görüş Trampın təşəbbüsündən bir neçə həftə əvvəl planlaşdırılsa da, bu məsələ görüşün gündəliyində əsas məsələ olacaq.

Qəzet Səudiyyə Ərəbistanı, Mərakeş, Misir, Qətər, Bəhreyn və BƏƏ-nin şuraya qoşulmaq qərarına gəldiyini və Hindistanın qərar verməzdən əvvəl onların fikirlərini nəzərə almaq istədiyini bildirib.

Həmçinin qeyd olunub ki, Hindistanın Baş naziri Narendra Modi gələn ay İsrailə səfər edə bilər. Bu səfər zamanı da Sülh Şurasının yaradılması təklifinin müzakirə olunacağı gözlənilir.

Aysel Mətləb

TodayPress TV

tag: Hindistan,ABŞ ,Ərəb,Sülh Şurası,Todaypress.tv,