Həştərxanda qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatdı

Həştərxanda qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatdı
28.06.2026 19:20 Dünya

Həştərxanda ictimai iaşə müəssisəsində qidadan zəhərlənənlərin sayı 23 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

"Həştərxanda zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilənlərin sayı bazar günü 23 nəfərə çatıb, onlar arasında 1 yaşdan 15 yaşa qədər qədər altı uşaq, yeniyetmə var. Bütün zərərçəkənlərin vəziyyəti orta-ağırdır", - açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə İstintaq Komitəsi iyunun 27-də ictimai iaşə müəssisəsində hazırlanmış qidanı yedikdən sonra 14 nəfərin zəhərləndiyini bildirib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri (qadın) xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi açılıb.

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUN 2026
Bütün Xəbərlər