"Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı

"Hər dəfə yeni rəhbərə uyğunlaşırıq" - Fransada siyasi böhran işçiləri sarsıtdı
03.08.2026 18:15 Dünya

Fransa Baş nazirinin aparat əməkdaşları hökumətin tez-tez dəyişməsi səbəbindən iş şəraitinin pisləşməsindən şikayətlənirlər.

TodayPress TV xəbər verir ki, bu barədə mənbələrə istinadən "France Inter" radiostansiyası məlumat yayıb.

"Hər dəfə yeni bir ordu gəlir və biz növbəti rəhbərin yeni tələblərinə uyğunlaşmalı oluruq", - deyə mənbənin sözlərindən sitat gətirilib.

Məlumata görə, vəziyyət son zamanlar baş nazir administrasiyasının iki əməkdaşının intihar etməsi, həmçinin bir neçə intihara cəhd faktının qeydə alınması ilə daha da mürəkkəbləşib.

"France Inter" qeyd edir ki, prokurorluq baş nazirin aparatında aparılan daxili yoxlamalarla yanaşı, ilkin araşdırmaya da başlayıb.

Xatırladaq ki, Fransada iki il ərzində dörd baş nazir dəyişib. 2025-ci ilin sentyabr ayından etibarən hökumət başçısı vəzifəsini daha əvvəl silahlı qüvvələr naziri postunda çalışmış Sebastyen Lekornu tutur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər