HƏMAS: İsrail qoşunlarını Qəzzadan geri çəkməyə hazırlaşır
HƏMAS-ın siyasi bürosunun üzvü Usamə Həmdan bildirib ki, İsrail ordusunun 10 oktyabr Qəzza zolağının əsas şəhərlərindən geri çəkilməyə başlayacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, geri çəkilmə prosesi gecə saatlarında hazırlıq mərhələsi ilə başlaya bilər:
"Gecə bəzi hazırlıqlar ola bilər. Geri çəkilmə sabahdan başlanacaq”, - deyə Həmdan qeyd edib.
Türkan İsgəndərli