Hakan Fidan Parisdə Şeybani ilə görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş yanvarın 6-da Parisdə keçirilən Ukrayna üzrə Könüllülər Koalisiyasının Liderlər Sammiti çərçivəsində baş tutub.
Görüş zamanı Suriya ilə İsrail arasında Parisdə keçirilən təhlükəsizlik danışıqlarını və regional sabitliyin qorunması məsələlərini müzakirə ediblər.
Aynur TAC